Zakir Həsənov cəbhəboyu zonada – FOTOVİDEO

Zakir Həsənov cəbhəboyu zonada – FOTOVİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti bir sıra hərbi təyinatlı obyektlərə baş çəkib.

Müdafiə Nazirliyindən Panorama.Az-a verilən məlumata görə, ön xətdə yerləşən tank hərbi hissəsinin açılışında iştirak edən nazir burada yaradılan şəraitlə tanış olub və müvafiq göstərişlər verib.

Yeni tikilən inzibati və xidməti obyektlərə, həmçinin burada saxlanılan hərbi texnikalara baxış keçirən Z. Həsənov tank heyətlərinin hazırlığını yoxlayıb və zirehli texnikanın döyüş tətbiqi ilə bağlı tapşırıqlar verib.

Sonda müdafiə naziri tankçılarla birgə nahar edib.

 




Xəbər lenti