Yol tikintisinə 4,2 milyon manat ayrıldı - SƏRƏNCAM

Yol tikintisinə 4,2 milyon manat ayrıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev Salyan rayonunun Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Xəbər lenti