Yeni "iPhone"lar Azərbaycanda satışa çıxarıldı - 3999 AZN - QİYMƏTLƏR

Yeni
"Apple" şirkəti "iPhone"nun yeni 11 və 11 "Max Pro" modellərini təqdim etdikdən sonra ölkələr üzrə bazar qiyməti də müəyyənləşməyə başlayıb. 

BAKU.WS xəbər verir ki, yeni modellərin artıq Azərbaycan bazarında sifarişi və satışı həyata keçirilir. 

Elan saytlarında alıcılara "iPhone"nun yeni 11 və 11 "Max Pro" modellərinin qiyməti kifayət qədər yüksək təklif olunur.

ABŞ-da "iPhone" 11 və 11 "Max Pro" modelinin qiyməti müvafiq olar 1700-1875 AZN olaraq müəyyən edilib. Ancaq sözügedən telefonları ölkəmizdə elan saytlarında 2 dəfəyə yaxın baha qiymətə satışa çıxarıblar. 

Elan saytlarında qiymətlər:

Iphone 11 64gb - 2650 AZN
Iphone 11 128gb - 2800 AZN
Iphone 11 pro 64gb - 3400 AZN
Iphone 11 pro max 64gb - 3700 AZN
Iphone 11 pro 256gb - 3650 AZN
Iphone 11 pro max 256gb - 3999 AZN

Qeyd edək ki, "yeni iPhone" modellər A13 Bionic Prosessor ilə təhciz olunub. Telefon GPU Performansında bütün flagman modelləri geridə qoyur.

Sentyabrın 20-dən satışa çıxarılan iPhone 11 və 11 Max Pro modelinə tələbat yüksəkdir.
loading...

Xəbər lenti