Xorvatiya tarix yazdı: DÇ-2018 finalında

Xorvatiya tarix yazdı: DÇ-2018 finalında
Bu gün dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulur. 

Qol.az-ın məlumatına görə, ikinci finalçının adı Xorvatiya - İngiltərə matçından sonra müəyyənləşir. 

Finala gedən yolda Xorvatiya qrup mərhələsinin maksimum nəticə ilə tamamlasa da, pley-offa 90 dəqiqə ərzində qələbə qazanmayıb. Zlatko Daliçin komandası 1/8 finalda Danimarkanı, daha sonra isə Rusiyanı penaltilər seriyasında üstələyib. 

Belçikaya uduzmaqla qrupda ikinci olan İngiltərə yığması isə 1/8 finalda Kolumbiyaya 11 metrlik cərimə zərbələri ilə qalib gəlib. 1/4 finalda isə ingilislər İsveçdən üstün olub. 
Qeyd edək ki, qalib gələn komada finalda Fransa ilə qarşılaşacaq.

DÇ-2018


11 iyul

22:00. Xorvatiya - İngiltərə - 2:1 
Qollar: Trippyer, 5 (0:1), Perişiç, 68 (1:1), Mandjukiç, 109 (2:1)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Moskva. "Lujniki”

10 iyul

Fransa – Belçika 1:0

Xəbər lenti