​​​​​​​Xərçəngin dərmanı tapılıb - bir ilə hazır olacaq

​​​​​​​Xərçəngin dərmanı tapılıb - bir ilə hazır olacaq
İsrail alimləri xərçəng xəstəlyini müalicə edən dərmanı bir il ərzində hazırlayacaqlar.

e-tibb.az "The Jerusalem Post" nəşrinə istinadən xəbər verir ki, dərmanın hazırlanması prosesi ilə "Accelerated Evolution Biotechnologies" şirkətinin mütəxəssisləri İlana Moradın rəhbərliyi altında məşğul olurlar.

Alimlər qeyd edilər ki, onların təklif etdiyi müalicə demək olar ki, ilk gündən effekt verir, müalicə kursunun müddəti isə cəmi bir neçə həftədir.

Onların sözlərinə görə, müalicənin yan təsirləri minimal həddə olacaq, yaxud sıfıra endiriləcək.

Qiymətə gəlincə, alimlər xüsusi vurğulayıblar ki, yeni preparatın qiyməti xərçəng əleyhinə istifadə edilən digər dərmanların qiymətindən aşağı olacaq.

"MuTaTo" adı verilən terapiya xərçəng hüceyrələrini öldürən xərçəng əleyhinə peptidlərin və xüsusi toksinlərin kombinasiyasını təşkil edir.

Müalicə fərdi aparılacaq, preparatların qarışığı pasiyentlərə xərçəng xəstəliyinin tipinə uyğun olaraq veriləcək.

Загрузка...

Xəbər lenti