Xalq artistindən gənc xanəndələrin ölümü ilə bağlı ürək dağlayan sözlər

Xalq artistindən gənc xanəndələrin ölümü ilə bağlı ürək dağlayan sözlər
"Miryusif Mirzəzadə Azərbaycan Milli Konservatoriyasında tələbəm idi. Onun bu il sinifdə olmayacağını təsəvvür edə bilmirəm".
 
Bu sözləri xalq artisti Arif Babayev gənc xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun qəzada dünyasını dəyişməsi xəbərindən danışarkən deyib.

İfaçı hadisəni ilk dəfə eşidəndə inana bilmədiyini deyib:

"Xəbəri eşitdim, inana bilmədim. Miryusifin əmisi oğlu Səbuhi də mənim tələbəm olub, zəng edib ondan soruşdum. Çox pis oldum. Miryusif həddən artıq tərbiyəli oğlan, yaxşı xanəndə, çox istedadlı gənc idi. Xəbəri eşidəndən özümə gələ bilmirəm. Miryusif çox gözəl xanəndə idi. Hadisənin necə baş verdiyi dəqiq bilmirəm. Novruz Hüseynovu da Muğam Müsabiqəsindən tanıyıram. Hər ikisi çox yaxşı gənc idi. Allah hər ikisinə rəhmət eləsin".

Qeyd edək ki, 2015-ci ildə təşkil edilən "Televiziya Muğam Müsabiqəsi"nin iştirakçıları Miryusif Mirizadə (29) və Novruz Hüseynov (28) Ağcabədi-Bərdə yolunda bu gün qəzaya düşüblər. Dəhşətli qəza zamanı hər iki xanəndə dünyasını dəyişib. (publika.az)

Xəbər lenti