"Whatsapp"dan "Instagram"a mesaj yazmaq mümkün olacaq

"Facebook” şirkəti "Instagram” ilə "Whatsapp” və "Messenger” tətbiqlərini birləşdirmək niyyətindədir.

Technote xəbər verir ki, lakin bu tətbiqlər arasındakı inteqrasiya 2020-ci ildən tez bitməyəcək.

Sözügedən hər 3 tətbiq həmişəki kimi ayrı-ayrılıqda çalışacaq. Buna baxmayaraq mesajlaşma infrastrukturları dəyişəcək. Belə ki, "Messenger” istifadəçisi "Instagram”dakı dostuna mesaj yaza biləcək.
Bu layihə ilə məşğul olan komandanın sözlərinə əsasən onlar layihəni ya bu ilin sonuna yada gələn ilin əvvəlinə sonlandırmağı planlaşdırırlar.

loading...

Xəbər lenti