"WhatsApp" yeni məhdudiyyət qoydu

Hazırda yeni funksiya bütün WhatsApp istifadəçiləri üçün keçərlidir

Saxta mesajları, duaları və s. bu kimi mesajları daha WhatsApp-la 5 nəfərdən artıq adama göndərə bilməyəcəksiniz. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, WhatsApp-ın İOS versiyasına önəmli bir dəyişiklik edilib. Belə ki, bundan sonra istifadəçilər mesaj və ya media linklərini 5 nəfərdən artıq adama göndrərə bilməyəcəklər. Mesajlarda istiqamətləndirmə funksiyası da götürülüb.

Proqramın yeni xüsusiyyəti mesajlaşmanın daha çox olduğu Hindistanda test edilib. Çünki WhatsApp-dan yayılan saxta xəbərlər ölkədə bir çox problemlərə səbəb olmuşdu.

Hazırda yeni funksiya bütün WhatsApp istifadəçiləri üçün keçərlidir.


Xəbər lenti