WhatsApp-dan möhtəşəm yenilik

WhatsApp-dan möhtəşəm yenilik
WhatsApp yaxın günlərdə yeni funksiyasını istifadəçilərə təqdim edəcək.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiya Android sistemli mobil telefon işlədən istifadəçilər üçün nəzərdə tutulub.

Həmin istifadəçilər onlara göndərilən foto, səs və s. faylları gizlədə biləcəklər. Belə ki, sözügedən funksiya göndərilən faylların avtomatik şəkildə telefonun yaddaşına köçürülməsi prosesini dayandırmağa xidmət edəcək

Bu, həmçinin qrup söhbətləri üçün də keçərli olacaq

Xəbər lenti