Övladlığa götürdükləri 6 yaşlı qızın 22 yaşlı liliput olduğu üzə çıxdı - Fotolar

Övladlığa götürdükləri 6 yaşlı qızın 22 yaşlı liliput olduğu üzə çıxdı - Fotolar
Amerikalı cütlüyün övladlığa götürdüyü 6 yaşlı qız uşağının əslində 22 yaşlı liliput olduğu üzə çıxıb.
"Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, Kristiana və Maykl cütlüyü 9 il əvvəl övladlığa götürdükləri Nataliya Qrasın liliput olduğunu və ailə üzvlərini öldürməyə çalışdığını deyirlər.

Qız ailə üzvlərini öldürüb, onları bir ədyala bükərək həyətə basdırmaq istədiyini əks etdirən şəkillər çəkib. Bundan şübhələnən ana Nataliyanı həkimə aparıb. Sümük testi edildikdə qızın əslində 22 yaşlı liliput olduğu üzə çıxıb.

Məlum olub ki, övladlığa götürüləndə onun ən az 14 yaşı olub.

Cütlük Nataliyanın sosyopat qadın olduğunu sübut etsələr belə, məhkəmə onları səhlənkarlıqda ittiham edir.




loading...

Xəbər lenti