Vilayət Eyvazov 3 rəisi vəzifəsindən kənarlaşdırdı

Vilayət Eyvazov 3 rəisi vəzifəsindən kənarlaşdırdı
Daxili İşlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.

Panorama.az unikal.org-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Xaçmaz rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Amil Tahirli sərəncama göndərilib.

Nazirin digər əmri ilə, Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin (CAB) rəisi Səxavət Abbasov və Dövlət Yol Polis Şöbəsinin rəisi Elşad Nəbiyev tutduğu vəzifələrindən kənarlaşdırılaraq sərəncama götürülüb.

Xəbəri Xaçmaz rayon polis iadrəsindən Unikal.org-a təsdiqləyiblər.

loading...

Xəbər lenti