Vaşinqtonda edam cəzası ləğv edildi

Vaşinqtonda edam cəzası ləğv edildi
ABŞ-ın paytaxtı Vaşinqtonda edam cəzası ləğv edildi.

Qaynarinfo xəbər verir ki, bu barədə Vaşinqton Ali Məhkəməsi qərar çıxarıb. ABŞ paytaxtında ilk dəfə 1976-cı ildə 5 məhkum ölümlə cəzalandırılmışdı. 1999-cu ilə qədər 98, 1999-cu ildən bəri isə 23 nəfər edam edilib. 2014-cü ildən bəri isə 8 nəfər azadlıqdan ömürlük məhrum edilib.

Qeyd edək ki, qanun qərarlar bəzi hallarda şəxsi mövqe nümayişi və irqi ayrıseçkilik edilərək verildiyi üçün ləğv edilib.

Xəbər lenti