Vahid Əhmədov Əli Əsədova TƏKLİFLƏR VERDİ

Vahid Əhmədov Əli Əsədova TƏKLİFLƏR VERDİ
"Əli Əsədovu biz uzun müddətdir ki, tanıyırıq. O, 20 ildən artıqdır ki, Prezident Administrasiyasında çalışır. Onun Azərbaycanda aparılan iqtisadi islahatlara verdiyi töhfə böyükdür”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib. O, Əli Əsədova bəzi təkliflər də verib.

"Xahiş edirəm ki, deputatların verdiyi təkliflərə, qaldırdığı məsələlərə diqqətlə baxasınız, müvafiq tapşırıqlar verəsiniz. Deputatların telefon zənglərinə vaxtında cavab verilməsi məsələsinə də baxmağınızı xahiş edirəm”,-deyə V.Əhmədov bildirib.

Deputat Ə.Əsədova təklif edib ki, Baş nazir olandan sonra qeyri-neft sektorunun inkişafına daha çox diqqət ayrılsın.

V.Əhmədov onu da əlavə edib ki, Hesablama Palatasının rəylərinə də diqqətlə baxılması vacibdir.

loading...

Xəbər lenti