Ukrayna Azərbaycanda araq istehsal edəcək

Ukrayna Azərbaycanda araq istehsal edəcək
Ukraynanın "Global Spirits” spirtli içki holdinqi ("Xortitsa”, "Shustoff”, "Moroşa” brendləri) öz məhsullarını Azərbaycanda da istehsal edəcək.

Panorama.az Report-a istinadən xəbər verir ki, bunu "Radio NV”nin efirində holdinqin sahibi Yevgeni Çernyak deyib.

"Biz, məncə avqustun 10-dan etibarən Azərbaycanda istehsala başlayırıq”, – deyə o bildirib.

Onun sözlərinə görə, "şirkət xarici bazarlarda inkişaf etmək qərarına gəlib. Çünki bu bazarlar daha sabit, marja daha yüksəkdir və biznes üçün oyun qaydaları daha ədalətlidir”.
Загрузка...

Xəbər lenti