"Tramp məni öldürmək əmri verib" - Venesuela prezidenti

Venesuela prezidenti Nikolas Maduro Rusiyanın "Ria Novosti” saytına maraqlı açıqlamalar verib.

"Qafqazinfo” xəbər verir ki, Maduro ABŞ dövlət başçısı Donald Trampın onun qətli üçün Kolumbiya hökumətinə əmr verdiyini bildirib. Venesuela lideri başına bir iş gələcəyi təqdirdə həmin ölkələrin məsuliyyət daşıyacaqlarını deyib. 

Bununla yanaşı, Maduro ona qarşı yeni sui-qəsd cəhdinin çətin məsələ olacağını da qeyd edib:

"Birincisi, mənim taleyim Allahın əlindədir. Mən xristianam, Allahın köməyinə inanıram. Məni hər zaman Venesuela xalqı dəstəkləyir. Bizim yaxşı kəşfiyyat xidmətimiz var. Lakin şübhəsiz, Donald Tramp məni öldürmək əmri verib. Bunun üçün Kolumbiya hökumətinə, Kolumbiya mafiyasına məni öldürməyi tapşırıb. Əgər bir gün mənə bir şey olsa, o zaman Donald Tramp və Kolumbiya prezidenti İvan Duke başıma gələnlərə görə məsuliyyət daşıyacaq”. 

Загрузка...

Xəbər lenti