Tramp keşiş Bransonun azadlığa buraxılmasından danışdı

Tramp keşiş Bransonun azadlığa buraxılmasından danışdı
ABŞ prezidenti Donald Tramp azadlığa çıxan pastor Endryu Bransonun tezliklə evinə qayıdacağına ümidvar olduğunu bəyan edib. 

Oxu.Az "Anadolu”ya istinadən xəbər verir ki, Tramp pastorun ABŞ-a qayıtması üçün səylərini əsirgəmədiyini bildirib. 

"Fikirlərim və dualarım pastor Bransonladır. Ümid edirəm ki, o, tezliklə evinə qayıdacaq”, - deyə ABŞ prezidenti vurğulayıb. 

Qeyd edək ki, bu gün Türkiyə məhkəməsinin qərarı ilə E. Branson məhkəmə zalından azadlığa buraxılıb.

Загрузка...

Xəbər lenti