Tramp əmr verdi, ABŞ geri çəkilir - Ərdoğan

Tramp əmr verdi, ABŞ geri çəkilir - Ərdoğan
Axşamkı telefon danışığından sonra bölgədə, cənab Prezidentin də ifadə etdiyi kimi, geri çəkilmə prosesi başlayıb. Cənab Prezident Tramp bu mövzu ilə bağlı göstəriş verib və geri çəkilməyi əmr edib.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada keçirilməsi planlaşdırılan əməliyyat barədə danışarkən deyib.

"Bir gecə qəflətən gələ bilərik” demişdik. Çünki terror qruplaşmalarının ölkəmizə qarşı təhdidlərini qəbul etməyimiz əsla mümkün deyil”, - Ərdoğan bildirib.

Qeyd edək ki, "Röyter” bir qədər öncə Suriyanın şimalından ABŞ ordusunun geri çəkildiyi barədə məlumat yaymışdı.

loading...

Xəbər lenti