“Traktorsazi” Con Toşakın yerinə türk mütəxəssisi gətirir

“Traktorsazi” Con Toşakın yerinə türk mütəxəssisi gətirir
"Traktorsazi” "Fənərbaxça”nın sabiq baş məşqçisi Aykut Kocamanla danışıqlara başlayıb.

Qaynarinfo "Hürriyyət”ə istinadən xəbər verir ki, Təbriz klubu türk mütəxəssisə təklif göndərib. Aykut Kocaman danışıqlar aparmaq üçün hazırda İrandadı. 53 yaşlı mütəxəssisin yaxın günlərdə qərar verəcək. 

Qeyd edək ki, hazırda "Traktorsazi”ya "Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Toşak başçılıq edir. Komanda İran çempionatında 8 turdan sonra 13 xalla 5-ci yeri tutur.
Загрузка...

Xəbər lenti