Teymur Rəcəbov Şəhriyar Məmmədovu Dünya Kubokundan kənarlaşdırdı

Teymur Rəcəbov Şəhriyar Məmmədovu Dünya Kubokundan kənarlaşdırdı
Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Şahmat üzrə Dünya Çempionatının 1/4 finalına çıxıb.

Belə ki, 1/8 finalda T.Rəcəbov digər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovu məğlub edib.

Təmsilçilərimizin arasındakı hər iki partiya heç-heçə ilə nəticələnib, bundan sonra şahmatçılar münasibətlərini tay-breykdə aydınlaşdırmalı olublar. İlk iki partiyada onlardan heç biri yenə irəli çıxa bilməyib.

Sonuncu iki ondəqiqəlik partiyada vəziyyət dəyişib. Onlardan birincisi – Rəcəbovun ağ fiqurlarla oynadığı partiya da heç-heçə nəticələnib. Cavab oyununda isə Teymur həmyerlisinə qalib gəlib.

Beləliklə, T.Rəcəbov Dünya Kubokunun 1/4 finalına yüksəlib. O, tay-breykdə polşalı Yan-Kşiştof Duduya qalib gəlmiş Çin mənşəli amerikalı Ceffri Sünlə üz-üzə gələcək.

//oxu.az
loading...

Xəbər lenti