Təmas xəttində işğalçıların başı gülləyə niyə tuş gəlir?! "Səbəb odur ki, hər iki tərəf mövqelərini möhkəmləndirir...”

Təmas xəttində işğalçıların başı gülləyə niyə tuş gəlir?!
Ermənistan və Azərbaycan qoşunlarının təmas xətti boyu son günlər gərginliyin müəyyən qədər artmasının səbəbi hər iki tərəfin fəal mühəndis işləri həyata keçirməsidir.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan jurnalistlərə deyib. "Son günlər gərginlik nəzərə çarpacaq dərəcədə artıb. Təəsüf ki, biz tərəfdən ölən və yaralanan var. Deyə bilərəm ki, rəqibə bərabər cavab verilib”,-Balayan bildirib.

Müdafiə nazirinin müavini əlavə edib ki, gərginliyin artmasının səbəbi hər iki tərəfin hazırda fəal mühəndis işləri aparması, mövqelərini möhkəmləndirməsidir. Xatırladaq ki, ötən gün Qarabağda, təmas xəttinin şimal-şərq istiqamətində Ermənistan ordusunun müqavilə əsasında xidmət keçən hərbçisi Arman Bulqadaryan öldürülüb. Bundan əvvəl isə Qazax istiqamətində düşmən ordusunun bölmələri Azərbaycanın Dövlət Sərhəd

Xidmətinin sərhədi qoruyan bölmələrinə atəş açıb, hərbi yük maşını zədələnib. Cavab atəşi nəticəsində düşmənin bir hərbçisi yaralanıb. Bu gün düşmən tərəf daha bir hərbçisinin yaralandığını açıqlayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun

Ovanisyan bildirib ki, cəbhə xəttində atışma zamanı ötən gecə hərbçi Vladimir Osipyan yaralanıb və Noyemberyan xəstəxanasına aparılıb.

Azərbaycan Müdafiə Nazirliyi son günlər müşahidə olunan gərginlik fonunda ordumuzun sıralarında itki, yaxud yaralı barədə məlumat yaymayıb.

loading...

Xəbər lenti