Təbii fəlakət 2 rayonumuzu vurdu, 9 kənddə həyat iflic olub

Təbii fəlakət 2 rayonumuzu vurdu, 9 kənddə həyat iflic olub
Ötən gecə respublikanın şimal-qərb bölgəsində yağan güclü leysan yağışları nəticəsində Qapıçay və Lahıc çayları daşıb.
 
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, daşqın nəticəsində Qax rayonunun Zəyəm, Qındırğa, Lələli, Tasmalı, Şotavar, Qarabaldır kəndlərinə xeyli ziyan dəyib.

Əkin sahələri suyun altında qalıb, həyətləri və fərdi yaşayış evlərini su basıb, xeyli ev heyvanı tələf olub.

Təbii fəlakət Zaqatala rayonunun da bəzi kəndlərindən yan keçməyib. Rayonun Əliabad, Lahıc, Bəhmətli kəndlərindəki təsərrüfatlara xeyli maddi ziyan dəyib. Leysan ən çox fındıq bağlarını vurub. Hazırda fındıq yığımı mövsümü başladığından, camaatın bağlarındakı məhsul yağışla birlikdə torpağa qarışıb.

Bölgədə hər zamankı kimi, elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda bölgə əhalisi yağışın və daşqının vurduğu ziyanı aradan qaldırmaqla məşğuldur.


Загрузка...

Xəbər lenti