Rüstəm Müslümova idman ustası adı verildi - FOTO

Rüstəm Müslümova idman ustası adı verildi - FOTO
Azərbaycanın tanınmış kempo-karate döyüş növü üzrə ikiqat dünya mükafatçısı Rüstəm Müslümov idman ustası adına layiq görülüb.

Gənclər və idman naziri Azad Rəhimov idman ustası dərəcəsinin vəsiqəsini ona təqdim edib.

R.Müslümov onu idman ustası adı ilə təltif etdiyinə görə nazir A. Rəhimova minnətdarlığını bildirib: "Cənab nazirə təşəkkür edirəm. Bu ad mənim məsuliyyətimi daha da artırdı. Bundan sonra da əzmlə məşqlərimi davam etdirib, uğurlarımın ardını gətirərək, hər zaman Azərbaycan bayrağını yüksəklərə qaldırıb, himnini səsləndirməyə çalışacağam”.




Загрузка...

Xəbər lenti