Sevdiyi qıza elçi getmədilər - İNTİHAR ETDİ

Sevdiyi qıza elçi getmədilər - İNTİHAR ETDİ
Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatları üzə çıxıb.

1994-cü il təvəllüdlü Səfərov Mahir Nəbi oğlu iyulun 18-də Nərəcan kəndində özünü asaraq intihar edib.

Bakuposta verilən məlumata görə, 25 yaşlı Mahir sevdiyi qıza görə canına qıyıb. Mahirin ailəsi kasıb olduğu üçün başqa kənddə yaşayan sevdiyi qıza elçi getməyə imkanları olmayıb.

İntihardan bir müddət əvvəl Mahirin sevdiyi qız onun anası ilə telefonla əlaqə saxlayıb və oğlanın özünə zərər verəcəyindən qorxduğunu bildirib. Danışıqdan çox keçməyib ki, Mahir özünü asıb. Mahirin ipdən asılı vəziyyətdə öncə nənəsi görüb.

Mahir Səfərovun hərbi xidmətdə olan əsgər qardaşı hadisədən xəbərsizdir.
 


loading...

Xəbər lenti