Şəhriyar Məmmədyarovdan möhtəşəm qələbə: dünya çempionunu məğlub etdi

Şəhriyar Məmmədyarovdan möhtəşəm qələbə: dünya çempionunu məğlub etdi
İsveçrənin Bil şəhərində şahmat üzrə super turnir davam edir.

Oxu.Az xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov IX turda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Beş gün əvvəl qara fiqurlarla Karlsenə məğlub olmamış Məmmədyarov bu dəfə ağ fiqurlarla rəqibi ilə daha üstün oynayaraq qalib gəlib. 

Qeyd edək ki, bu uğurdan sonra Şəhriyar Məmmədyarovun 7 xalı oldu. Maqnus Karlsen isə beş xal toplayıb.
Загрузка...

Xəbər lenti