Şəhid qızından oğruya məktub (VİDEO)

Şəhid qızından oğruya məktub (VİDEO)
Zəhra Vəlizadə: Axı, atam sizin üçün canını fəda verib

İkinci Fəxri Xiyabanda Aprel şəhidi mayor Urfan Vəlizadənin qəbrinin yanına çatanda şəhidin qızı Zəhranın anasına dediyi ilk sözlər belə oldu: "Nə əcəbsə, gülləri oğurlamayıblar”.

Zəhra ona görə təəccüblənmişdi ki, hər dəfə ailəsi ilə qəbri ziyarət etməyə gələndə güllərin oğurlandığını görürdü. Son oğurluq hadisəsindən sonra Zəhranın balaca ürəyi buna dözməyib və oğruya məktub yazıb.

Məktubu ilk görən şəhidin həyat yoldaşı Könül Vəlizadə olub. O deyir ki, qızının oğruya yazdığı sözləri oxuyanda bir anlıq şok vəziyyətinə düşüb.

Şəhidin digər qızı 3 yaşlı Bətülün əslində nələrin baş verdiyindən xəbəri yoxdur, hələ başa düşmür. Özü üçün oynayır, gülür, yağan yağış damlalarını balaca əlləri ilə tutmağa çalışır. Zəhra isə bacısının da yerinə oğruya demək istədiyi sözləri dedi.

İkinci Fəxri Xiyabanda olan mollalar da dəfələrlə oğurluq hadisənin olduğunu, onların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulduğunu bildirdilər.

Könül Vəlizadə baş vermiş hadisə ilə əlaqədar Yasamal rayonu 28-ci polis bölməsinə müraciət edib. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Faktla bağlı araşdırmalara başlanılıb.

//realtv.az

loading...

Xəbər lenti