Saat 10-dan sonra uşaqlara telefonu qadağan edin - Alimlərdən xəbərdarlıq

Saat 10-dan sonra uşaqlara telefonu qadağan edin - Alimlərdən xəbərdarlıq
İngilis alimlər valideynlərə uşaqlarına saat 22:00-dan sonra telefondan istifadəni qadağan etməyi məsləhət görürlər.

"Qafqazinfo” xəbər verir ki, araşdırmalara əsasən, sosial şəbəkələrdən istifadə edən gənclərdə yuxusuzluq və fiziki zəiflik problemi yaranır. Xüsusilə saat 22:00-dan sonra bu problem sürətlənir. Alimlər sosial şəbəkələrin qızların səhhətinə daha çox mənfi təsir etdiyini müəyyənləşdiriblər. Qızlar oğlanlarla müqayisədə daha çox yuxusuzluqdan şikayətlənib və xoşbəxt olmadıqlarını bildiriblər.  Üstəlik, 3-dən çox sosial şəbəkədən istifadə edənlərin psixologiyası da pozulur.

Bu səbəbdən alimlər valideynləri gəncləri daha çox fiziki aktivliyə alışdırmağa, telefondan istifadəni məhdudlaşdırmağa çağırıb.

loading...

Xəbər lenti