Rza Zərrab davasından XƏBƏR VAR: Haqqındakı bütün iddiaları qəbul etdi

Rza Zərrab davasından XƏBƏR VAR: Haqqındakı bütün iddiaları qəbul etdi
Amerikada İrana tətbiq olunan sanskiyaları pozduğu üçün həbs olunan iş adamı Rza Zərrab rüşvət verdiyini iddia etdiyi nəzarətçi Viktor Kasadonun daha öncə "Rüşvət almadığı" istiqamətindəki ifadəsini dəyişdirərək "etirafçı" olacağını bildirib.

Hakim qarşısına çıxacaq olan Kasadonun məhkəməsi Nyu-York Cənub Bölgəsi Baş Prokuroru Geoffrey Bermanın tələbi üzərinə ertələnib. Berman məhkəmə işinin hakimi Riçard Sullivandan nəzarətçi Kasadonun daha öncə "Rüşvət almadığı" istiqamətindki ifadəsini dəyişdirmə qərarı aldığı üçün məhkəmə işinin ertələnməsini istəyib. Baş prokuror Berman nəzarətçi Kasadonun öz qanun pozuntusunu etiraf edəcəyi məhkəmə prosesini 24 avqusta yada 3 sentyabrdan sonrakı bir tarixə keçirilməsi tələbi ilə çıxış edib.

Rza Zərrrab ötən il məhkəmə prosesində həbs edildiyi bir həbsxanadakı nəzarətçiyə mobil telefon və içki qarşılığında türk vəkili vasitəsilə təxminən 45 min dollar rüşvət verdiyini iddia edib. Zərrab 2016-cı ildə Amerikada həbs edilib.

goldnews.az
Загрузка...

Xəbər lenti