Rüşvət üstündə işdən qovulanın... - Deputat

Rüşvət üstündə işdən qovulanın... - Deputat
"Sovet hökuməti dövründə hüquqi yardıma ehtiyacı olanlara məcbur vəkil təyin edirdilər ki, insanların hüquqları bərpa edilsin. Bu gün də vəkilliyə çox ehtiyacı olan məsələlər var”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik etməsi barədə qanunun müzakirəsinə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, Vəkillər Kollegiyası bununla bağlı yeni mexanizm hazırlanması müsbət haldır:

"Lakin bu məsələ bir az da sadələşdirilməlidir ki, vəkilliklə məşğul olanların sayı artsın. Çünki bu gün ailə məişət və torpaq məsələləri ilə bağlı problemlər var. Bizdə vəkillərə ancaq cinayət prosesində ehtiyac duyulduğu təəssüratı var. Digər sahələrdə vəkillərə olan ehtiyac cinayət məsələləri ilə bağlı ehtiyacdan beş dəfə çoxdur. Həmkarımız Əli Hüseynli 1000-dən çox şəxsə sertifikat verildiyini bildirdi. Bu müsbət haldır. Hesab edirəm ki, bu şəxslər bölgələrdə də göstərməlidirlər”.

Millət vəkili Vəkillər və vəkillik fəaliyyəti haqqında qanunun yenidən işlənməsini təklif edib:

"Hüquq mühafizə, məhkəmə sistemindən rüşvət, vəzifə səlahiyyətlərinin aşmasına görə vəzifəsindən xaric edilənlər vəkil kimi fəaliyyət göstərir. Düzdür, qanun bu şəxslərin vəkil kimi fəaliyyətini qadağan etmir. 25 il hüquq sahəsində fəaliyyət göstərən şəxslərin təqaüdə çıxandan sonra vəkil kimi çalışması normaldır. Lakin rüşvət üstündə işdən qovulanın vəkil kimi işləməsi hansı qanuna uyğundur? Bunu hüquq müdafiə təşkilatlarına da şamil etmək olar. Rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə işdən qovulanlar da hüquq müdafiəçisi təşkilatı qurur. Hesab edirəm ki, bu kimi hallarla vəkillik institutunun adı korlanır. Bu şəxsləri qəti şəkildə bu fəaliyyətə yaxın buraxmaq olmaz”.
Загрузка...

Xəbər lenti