Rusiyada dələduzlar baş bankir Elman Rüstəmovun fotosu ilə pensiyaçıları necə aldadır... - FOTO/VİDEO

30 Yanvar 2019, 23:06
30 Yanvar
2019
23:06
136
Rusiyada pensiyaçılara hüquqi xidmət göstərmək adı altında firma açıb əslində onları aldadan firma Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun fotosundan istifadə edir. Sonxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, bu dələduzluq əməli barədə "Vesti NSK" ("Vesti Novosibirsk" ) kanalının reportajında bəhs edilir.
Reportaja əsasən hansısa özəl firma Novosibirskdə pensiyaçılara pensiyalarının artırılması üçün hüquqi xidmətlər vəd edir. Firmanın reklamlarında bu məsələdə pulsuz hüquqi məsləhətlər təklif olunur. KİV-lərdə fəal şəkildə reklamlar yerləşdirən firmaya müraciət edən yaşlı adamları pensiyalarının artırılması perspektivlərinə inandırırlar. Və dərhal təklif edirlər ki, müqavilə bağlasınlar. Amma müqavilə bağlamaq üçün ödəniş etmək lazımdır.
Qalina Zommer adlı pensiyaçı danışır: "Dedilər tez imzalayın! Mən heç oxumağa da imkan tapmamışdım, deyirəm bəlkə müqaviləni götürüb evdə oxuyum. Deyirlər yox, gərək elə bu gün, elə indi imzalayasan, yoxsa "aksiyaya" düşməyəcəksən. Adamlara inanmağa vərdiş etmişəm. İmzaladım, getdim. Yaxşı ki, üstümdə pul az idi, min rubl əvvəlcədən ödəniş elədim, vəssalam. Evə gələndə eynəyimi taxıb həmin müqaviləni oxumağa başladım. Baxıram ki, orada yazılıb: ödəniş ancaq ərizənin tərtib edilməsinə görədir. Ərizə tərtib etməyə görə 10 min rubl!"
Moçişe stanitsasının sakini olan Qalinanın iş stajı çoxdur, amma təlatümlü 90-cı illərdə onun barəsində məlumatların bir çoxu itirilib, üstəlik maaşı da az olub. Nəticədə hazırda yaşayış minimumundan aşağı pensiya alır. Qadın yerli telekanallarda "Pensioner" adlı hansısa hüquq firmasının reklamlarını görüb və ona müraciət etməyi qərara alıb.
"Dedilər sizin pensiyanız haradasa 12 min rubl olmalıdır. Söhbətdən sonra dedilər ki, istəsəniz biz sizin maraqlarınızı Pensiya Fondunda təmsil edərik və lazım olsa daha sonra məhkəməyə müraciət etməkdə kömək göstərərik, amma bunun üçün 10 min rubl ödəmək lazımdır"-qadın danışır.
Müqavilədə isə yazılıbmış ki, söhbət ancaq pensiyaçının adından Moskvaya, Pensiya Fonduna ərizə yazmaqdan gedir. Digər hüquqi xidmətlər barədə isə müqavilədə heç nə yoxdur.
Pensiya Fondunun yerli şöbəsində isə pensiyaçılara məsləhət görürlər ki, belələrinə aldanmasınlar. Çünki Moskvaya göndərilən ərizələr istənilən halda onlara geri qayıdır. Axı Novosibirsk pensiyaçılarının barəsində məlumatlar yerli şöbədə saxlanılır. Üstəlik pensiya məbləğinə yenidən baxılması üçün təkcə ərizə bəs eləmir, bunun üçün sənədlər, sübutlar lazımdır.
Maraqlıdır ki, Novosibirsk sakinlərini aldadan firma Kalininqrad vilayətində qeydiyyatdan keçib. Və kifayət qədər geniş coğrafiyada pensiyaçılara "hüquqi xidmətlər" göstərir. Firma aparıcı hüquqşünasları qismində isə "tavandan götürülmüş" adları göstərib. Məsələn, firmanın aparıcı hüquqşünasları qismində Latviyadan olan həkim-psixoterapevtin və hətta Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun fotosu yer alır.
Firmanın direktoru qismində isə Yelena Valeryevna Yarmoliç göstərilir.
Загрузка...
Xəbər lenti
-
22:43Məişətdə istifadə edilən 5 təhlükəli əşya - Xərçəng əmələ gətirir
-
22:40Sibir loğmanının möcüzəvi resepti – Dərmanlara inanmayanlar üçün
-
22:39“Həyat iksiri”nin hazırlanması – Qədim resept
-
22:37Bu səhvləri çoxumuz edirik - Bu ərzaqları mütləq yuyun
-
22:37Nəyə görə yatmazdan əvvəl 1 qaşıq bal yemək lazımdır? – 5 inanılmaz faydası
-
22:30Xərçəngi ilkin mərhələdə tapılması – İsrail həkimləri 6 əlaməti göstərir
-
22:29Xəbərdarlıq: Fevralın bu tarixində Bakıya qar yağa bilər - AÇIQLAMA
-
22:04Bakıda insanları "zəhərləyən şəxs" tutuldu
-
21:18Universitet binası uçdu, 21 tələbə dağıntılar altında qaldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
-
20:21Polad Bülbüloğlu: Məsələ Prezidentin nəzarətindədir - VİDEO
-
20:14Gələn həftə hava kəskin soyuyacaq
-
20:12Bu dərmanın satışı qadağan olundu - DİQQƏTLİ OLUN
-
20:11Həbs olunan dünya çempionunun anasından şok açıqlama
-
19:51Zabit Səmədovdan “Neolit” davasına REAKSİYA
-
19:18Azərbaycanda məktəb qəzalı vəziyyətə düşdü, şagirdlər təxliyyə edildi – FOTO
-
19:16Tanış qadınla yad kişini görüşdürdü, cinsi əlaqədə olarkən videoya çəkdi, sonra... - Bakıda
-
19:14Prezident Siyavuş Novruzovla bağlı sərəncam imzaladı
-
18:56Bakı metrosunda QANLI HADİSƏ: qatarda bıçaqlandı - VİDEO
-
18:38Azərbaycanda 5 uşaq atası özünü öldürdü
-
18:35Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
-
14:01Pensiyalar verilməyə başlandı - ARTIM VAR
-
13:55Putini nakauta salan qadın - FOTOLAR
-
13:52Uşaqları olmadığına görə ayrılıb, 1 gün sonra intihar edən cütlüyün ölümünün - TƏFƏRRÜATI
-
10:58Azərbaycanda daha bir medal təsis olunur
-
10:57Ermənistanla Azərbaycan arasında gizli danışıqlar - Politoloq hər şeyi açdı
-
10:57Çeçenlərlə azərbaycanlılar görüşdülər – VİDEO
-
10:56Azərbaycanlı alimlərdən yeni kəşf: Abşeronda banan, avokado yetişdirmək olar
-
10:55Azərbaycanda DƏHŞƏT: övladı olmayan ər və arvad özlərini asdılar
-
00:11Bürclər: 16 fevral
-
23:53Bakıda dəhşətli hadisə: 36 yaşlı kişi evdə yanaraq ÖLDÜ
-
23:53Ən böyük hərbi büdcəyə malik ölkələr – SİYAHI
-
23:45Tovuzda məktəblilər spirtli içkidən zəhərləndilər
-
23:33Şəkər xəstəliyinin mətbəxdəki çarəsi - İnanılmazdır
-
23:31Tərxunun bilmədiyiniz 10 FAYDASI
-
23:29ABŞ-da fövqəladə vəziyyət elan edildi
-
23:19Neftin qiyməti rekord həddə çatdı
-
22:33Putin "vor zakon"lara qarşı Saakaşvili metodunu işə saldı
-
22:31Gənclər Təşkilatları Prezidentə üz tutdular: “35 yaş məhdudiyyəti qaldırılsın”
-
22:08Yol tikintisinə 3,3 milyon ayrıldı
-
22:05Vergilər Nazirliyi xəbərdarlıq etdi: Bəzi məlumatları gizlədirlər
15 Fevral 2019
Digər xəbərlər
-
DÜNYA
Universitet binası uçdu, 21 tələbə dağıntılar altında qaldı - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
-
DÜNYA
Putini nakauta salan qadın - FOTOLAR
-
DÜNYA
Ən böyük hərbi büdcəyə malik ölkələr – SİYAHI
-
DÜNYA
ABŞ-da fövqəladə vəziyyət elan edildi
-
DÜNYA
Putin "vor zakon"lara qarşı Saakaşvili metodunu işə saldı
-
DÜNYA
Azərbaycanlılarla çeçenlər arasında "müharibə"yə səbəb olan VİDEO
-
DÜNYA
300-dək uşağı zorlayan kolumbiyalı pedofillə bağlı qərar açıqlandı
-
DÜNYA
Xalq artisti vəfat etdi - FOTO
-
DÜNYA
Azərbaycanlılarla afrikalılar arasında kütləvi dava - Yaralılar var