“Quska” məhkəməyə gətirilmədi - İstintaqı başa çatıb, cəza istəniləcək

“Quska” məhkəməyə gətirilmədi - İstintaqı başa çatıb, cəza istəniləcək
Sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

BakuPost.az-ın məlumatına  görə, Bakı Hərbi Məhkəməsində  hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəməyə gətirmədiyinə görə təxirə salınıb.

Proses avqustun 21-dək təxirə düşüb. 
Xatırladaq ki, ötən proses Hüseyn Abdullayev və digərlərin məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəmişdi. 

Qeyd edək ki, rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi "Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

Xatırladaq ki, iş üzrə təqsirləndirilən Z.Abdullayeva, H.İbrahimov, Z.Quliyev və P.Kazımov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

loading...

Xəbər lenti