Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Elmlər Akademiyasını bağlayıb

Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Elmlər Akademiyasını bağlayıb
Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovun fərmanına əsasən ölkənin Elmlər Akademiyasının maliyyələşdirilməsi dayandırılıb.
"Ölkə.Az” xəbər verir ki, bu barədə "total.kz” məlumat yayıb.

Xəbərə əsasən, maliyyə üç il müddətində mütəmadi olaraq ləğv ediləcək.
Hökumət bu yolla iqtisadiyyatı gücləndirmək və enerji sektorunda davam edən tənəzzülünün fonunda pula qənaət etmək istəyir.

Fərmanın nəticəsində dövlət dəstəyindən 26 tədqiqat institutu və dövlət seysmoloji xidməti məhrum olacaq. Həmiçinin Türkmənistan Elmlər Akademiyasına ali attestasiya komissiyası, 17 ali məktəb, iki tibbi tədqiqat mərkəzi, bir kitabxana və iki nəşriyyat evi daxildir.

loading...

Xəbər lenti