Qənirə Paşayeva deputat vəsiqəsinin girov qoyulmasından danışdı: “Bu, xalqa məxsusdur”

Qənirə Paşayeva deputat vəsiqəsinin girov qoyulmasından danışdı: “Bu, xalqa məxsusdur”
Son günlər geniş müzakirələrə səbəb olan  İctimai TV-də yayımlanan "3 D” layihəsinin növbəti qonağı millət vəkili Qənirə Paşayeva olub. 
"Yeni Sabah” xəbər verir ki, şərti aparıcı Dadaş Dadaşlinskinin "Belə bir hal ola bilərmi ki, Qənirə Paşayeva öz  millət vəkili vəsiqəsini girov qoysun?”

Q. Paşayeva isə cavabında belə bir halın heç vaxt ola bilməyəcəyini bildirib:

"Deputat öz vəsiqəsini girov qoya bilməz. Çünki o vəsiqə millət vəkilinə deyil, ona ümid olaraq seçmiş minlərlə insana, xalqa məxsusdur. O vəsiqə mənimlə birlikdə minlərlə seçicinin vəsiqəsidir, mən onların vəsiqəsini girov qoya bilmərəm. Dünyada millət vəkilindən şərəfli peşə yoxdur. Öz xalqnı dünyada təmsil etməkdən şərəfli və məsuliyyətli heç nə ola bilməz”.

Xatırladaq ki, millət vəkili Rafael Cəbrayılovun ayrı-ayrı vətəndaşlardan götürdüyü toplam olaraq 600 min ABŞ dolları borc müqabilində 3-cü və 4-cü çağırış deputat vəsiqəsini girov qoyması müzakirəlrə səbəb olmuşdu.

 

loading...

Xəbər lenti