Qastritə son verən bitki - İlanotu

Qastritə son verən bitki - İlanotu
Kantaronla birlikdə qaynadılıb balla qarışdırılaraq içilən ilanotu çayı, qastrit başda olmaqla bir çox mədə narahatlığına qarşı şəfa vasitəsidir.

Mədə toxumasının müxtəlif sahələrinə yerləşən helicobacter pylori bakteriyası, yerləşdiyi yerdə iltihablanmağa səbəb oluır. Lakin bəzən də, helicobacter pylori bakteriyasından müstəqil olaraq digər bəzi faktorlara bağlı olaraq da inkişaf edə bilən qastrit, steroid olmayan anti-iltihab dərmanları və ya aspirin, xroniki qusma vəziyyəti, bəzi immunitet xəstəlikləri, stress və kədər kimi psixoloji şərtlər, siqaret istifadəsi və bəzi qida allergiyaları səbəbi ilə də inkişaf edə bilir.

Bitki mənşəli müalicə mütəxəssisləri qastrit başda olmaqla digər mədə problemləri üçün, ilanı xatırladan formasına görə, adına ilanotu deyilən salvia virgata bitkisini təklif edir. Hər hansı bir əks təsiri olmayan ilanotu, mikroböldürücü təsirilə tanınır. Yetişdiyi yerə görə, 15 və ya 80 santimetr boylarında, sərt və çox tüklü, yarpaqları olduqca sıx və rəngi tünd bənövşəyi olan, təbiətdə özü-özünə yetişən bir bitkidir.

Milli.Az



Загрузка...

Xəbər lenti