Qarabağın qaytarılmasını tələb edən prezidentlə Paşinyanın ŞOK RAZILAŞMASI

Qarabağın qaytarılmasını tələb edən prezidentlə Paşinyanın ŞOK RAZILAŞMASI
Bir müddət öncə baş naziri Nikol Paşinyanla Ermənistanın gələcəkdə dövlət kimi var olması üçün Dağlıq Qarabağ münaqişəsinin ərazilərin Azərbaycana qaytarılması yolu ilə həllinə tərəfdar olan birinci prezident, "Erməni milli konqresi" partiyasının lideri Levon Ter-Petrosyan arasında keçirilən görüşün təfərrüatları məlum olub.

Panorama.az "publika.az"a istinadla xəbər verir ki, "İrates" qəzeti Nikol Paşinyan Ter-Petrosyandan ona Moskva ilə münasibətləri qaydaya salmaqda kömək etməyi xahiş edib.

"Ter-Petrosyan da əvəzində Paşinyandan parlament seçkilərində "Erməni milli konqresi"ni dəstəkləməyi istəyib. Paşinyan Ter-Petrosyanın bu istəyi ilə razılaşıb", - deyə qəzet yazır.

Digər məlumatlara görə, Paşinyanla Ter-Petrosyan görüşdə Dağlıq Qarabağ məsələsini də müzakirə edib.

Xəbər lenti