“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdirilir

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdirilir
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ”ı da maraqlandıran püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

"Qarabağ” Belarus çempionu BATE-ni keçəcəyi halda, səpələnməmişlər cütünün üzvü kimi daha güclü rəqiblə üz-üzə gələcək. Bir şərtlə ki, səpələnmişlər cütündə nisbətən zəif komandalar sensasiya yaratmasın.

Çempionlar Yolu

Səpələnmişlər

"Zalsburq” (Avstriya)/"Şkendiya” (Makedoniya)

PSV (Hollandiya)

"Seltik” (Şotlandiya)/AEK (Yunanıstan)

"Astana” (Qazaxıstan)/"Dinamo” (Xorvatiya)

Səpələnməmişlər

"Qarabağ” (AZƏRBAYCAN)/BATE (Belarus)

"Yanq Boyz” (İsveçrə)

"Malmö” (İsveçrə)/"Vidi” (Macarıstan)

"Srvena Zvezda” (Serbiya)/"Spartak” (Slovakiya)

Çempion olmayan ÇL iştirakçılarının (Liqa Yolu) səbətləri isə belə bölünüb.

Liqa Yolu

Səpələnmişlər

"Benfika” (Portuqaliya)/"Fənərbaxça” (Türkiyə)

"Slaviya” (Çexiya)/"Dinamo” (Ukrayna)

Səpələnməmişlər

"Standard” (Belçika)/"Ayaks” (Hollandiya)

PAOK (Yunanıstan)/"Spartak” (Rusiya)

Qeyd edək ki, UEFA qaydalarına əsasən, Rusiya və Ukrayna klubları bir-birləri ilə düşə bilməz. Buna görə "Benfika” (Portuqaliya)/"Fənərbaxça” (Türkiyə) cütü pley-offda PAOK (Yunanıstan)/"Spartak” (Rusiya) cütü ilə, "Slaviya” (Çexiya)/"Dinamo” (Ukrayna) cütü isə "Standard” (Belçika)/"Ayaks” (Hollandiya) cütü ilə qarşılaşacaq.

Sadəcə, püşkatma zamanı ilk oyunun harada keçirilməsinə aydınlıq gətiriləcək.
Загрузка...

Xəbər lenti