"Qarabağ"ın potensial rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın xəbərinə görə, keçiriləcək 10 oyunla 2-ci təsnifat mərhələsinə yüksələn 10 komandanın adı müəyyənləşəcək.

Artıq "Qarabağ"ın 2-ci mərhələdəki potensial rəqibi bəlli olub. Səfərdə keçirilən ilk görüşdə "Olimpiya"nı məğlub edən Ağdam təmsilçisi mərhələni adlayacağı təqdirdə "Kukesi" ilə qarşılacaq. Albaniya təmsilçisi öz meydanında heç-heçə oynadığı "Valetta" (Malta) ilə səfərdə 1:1 hesablı bərabərə qalıb və bununla da növbəti mərhələyə vəsiqəni təmin edib. 

17 iyul

Çempionlar Liqası

I təsnifat  mərhələsi, cavab oyunları

20:00. "Valletta” (Malta) - "Kukesi” (Albaniya) - 1:1
Qollar: Pikkilo, 67 (1:0) Dzaria, 84 (1:1)
İlk oyun - 0:0

20:00. HİK (Helsinki, Finlandiya) - "Vikinqur” (Farer Adaları) - 3:1
Qollar: Klauss, 1 (1:0), Mensa, 10 (2:0), Yaqubi, 19 (3:0),  Vatnamar, 21 (3:1)
İlk oyun – 2:1

21:00. "Hapoel” (Beer-Şeva, İsrail) - "Flora” (Tallin, Estoniya) 
İlk oyun – 4:1

21:00. "Malmö” (İsveç) - "Drita” (Kosovo)
İlk oyun – 3:0

21:00. APOEL (Kipr) - "Suduva” (Litva)
İlk oyun - 1:3

22:00. TNS (Uels) - "Şkendiya” (Makedoniya)
İlk oyun – 0:5

22:15. "Videoton” (Macarıstan) - "Düdelanj” (Lüksemburq)
İlk oyun – 1:1

22:30. "Srvena Zvezda” (Serbiya) - "Spartak” (Latviya)
İlk oyun - 0:0

23:00. "Legiya” (Varşava, Polşa) - "Kork Siti” (İrlandiya)
İlk oyun – 1:0

23:00. "Kruzaders” (Şimali İrlandiya) - "Ludoqorets” (Bolqarıstan)
İlk oyun - 0:7
Загрузка...

Xəbər lenti