"Qarabağ"ın Avroliqadakı rəqibləri müəyyənləşdi

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Qaynarinfo xəbər verir ki, Monakoda keçirilən mərasimdə 48 klub 12 qrupa bölünüb. Bu komandalardan 21-i Avropa Liqasında pley-off mərhələsinin qalibidi. Çempionlar Liqasının 10 uğursuzu, həmçinin birbaşa qrupdan mübarizəyə başlayacaq 17 klubun da püşkatmada rəqibi dəqiqləşib.

Avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə çıxış edəcək "Qarabağ” A qrupuna düşüb. Komandamız bu mərhələdə "Sevilya", APOEL və "Düdelanj"la mübarizə aparacaq.

Qeyd edək ki, sentyabrın 19-da başlayacaq qrup mərhələsinin oyunları dekabrın 12-də yekunlaşacaq.
 
Avropa Liqası
Qrup mərhələsi
 
A qrupu
Sevilya (İspaniya)
APOEL (Cənubi Kipr)
Qarabağ (Azərbaycan)
Düdelanj (Lüksemburq)

B Qrupu
Dinamo (Kiyev, Ukrayna)
Kopenhagen (Danimarka)
Malmö (Norveç)
Luqano (İsveçrə)

C Qrupu
Bazel (İsveçrə)
Krasnodar (Rusiya)
Xetafe (İspaniya)
Trabzonspor (Türkiyə)

D Qrupu
Sportinq (Portuqaliya)
PSV (Hollandiya)
Rusenborq (Norveç)
LASK (Avstriya)

E Qrupu
Latsio (İtaliya)
Seltik (Şotlandiya)
Renn (Fransa)
ÇFR (Rumıniya)

F Qrupu
Arsenal (İngiltərə)
Ayntraxt (Almaniya)
Standard (Belçika)
Vitoriya (Portuqaliya)

G Qrupu
Portu (Portuqaliya)
Yanq Boyz (İsveçrə)
Feyenoord (Hollandiya)
Reyncers (Şotlandiya)

H Qrupu
ÇSKA (Rusiya)
Ludoqorets (Bolqarıstan)
Espanyol (İspaniya)
Ferensvaroş (Macarıstan)

I Qrupu
Volfsburq (Almaniya)
Gent (Belçika)
Sent-Etyenn (Fransa)
Aleksandriya (Ukrayna)

J Qrupu
Roma (İtaliya)
Borussiya M (Almaniya)
Başakşəhər (Türkiyə)
Volfsberq (Avstriya)

K Qrupu
Beşiktaş (Türkiyə)
Braqa (Portuqaliya)
Vulverhempton (İngiltərə)
Slovan (Slovakiya)

L Qrupu
Mançester Yunayted (İngiltərə)
Astana (Qazaxıstan)
Partizan (Serbiya)
Alkmaar (Hollandiya)

loading...

Xəbər lenti