“Qarabağ”dan möhtəşəm qələbə

“Qarabağ”dan möhtəşəm qələbə
Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulub. 

Oxu.Az-ın məlumatına görə, "Qarabağ” öz meydanında "Kukesi”ni qəbul edib. Ağdam klubu Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olmuşdu. 

Mərhələ adlamaq üçün bugünkü görüşdə Qurban Qurbanovun komandası mütləq qələbə qazanmalı idi. "Qarabağ” da bu vəzifənin öhdəsindən layiqincə gəlib.

Əvvəlcə 24-cü dəqiqədə Dani Kintana penalti zərbəsi ilə hesabı açıb. Fasilədən sonra 57-ci dəqiqədə yenə də Kintana və yenə də penaltidən hesabı 2:0-a çatdırıb. Son nöqtəni isə 89-cu dəqiqədə Delarje qoyub – 3:0.

Beləliklə də, təmsilçimiz Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib. 

"Qarabağ”ın üçüncü mərhələdə rəqibi Belarusun BATE klubu olacaq.
Загрузка...

Xəbər lenti