"Qarabağ"dan 200 minlik transfer

Türkiyənin "Bursaspor" klubunun futbolçusu Con Delarj "Qarabağ"a transfer olub.

Unikal.org-un yerli mətbuata istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisi "timsahlar"a 200 min avro transfer haqqı ödəyib. 28 yaşlı hücumçunun imzalayacağı müqavilənin müddəti və əmək haqqı açıqlanmır.

Delarj son zamanlar "Bursaspor"da oyunundan çox şəxsi həyatı ilə gündəmdə olub. Təcrübəli oyunçu daha bir il qüvvədə olan müqaviləsinə güvənərək, məşqlərə laqeyd yanaşıb. Bunun nəticəsində baş məşqçi Samet Aybaba ona əsas heyətdə yer verməyib. Konqolu forvard 2017-ci ildən çıxış etdiyi komandada 15 oyuna 4 qol vurub. Klub onu 700 min avroya satışa çıxarsa da, Ağdam klubu bu məbləği yarım milyon avroyadək endirə bilib.

Qeyd edək ki, Con Delarj Kamerunun "Union Duala", Slovakiyanın "Dunayska Streda", Çexiyanın "Slovan" (Liberets), Avstriyanın "Admira" (Vakker) və icarə əsasında Türkiyənin "Osmanlıspor" klublarında da forma geyinib. O, "Bursaspor"a 2017-ci ilin avqustunda "Admira"dan 1,25 milyon avroya transfer olunub.
Загрузка...

Xəbər lenti