"Qarabağ" ciddi sınaq QARŞISINDA

"Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda uduzub.

Unikal.org xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda Belarusun BATE komandasını qəbul edən Ağdam təmsilçisi minimal hesabla məğlub olub. Qonaqlara qələbə qazandıran yeganə qola 36-cı dəqiqədə Stanislav Draqun imza atıb.

Qeyd edək ki, bu komandalar arasında avqustun 14-da Borisovda keçiriləcək cavab görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

"Qarabağ” BATE səddini keçəcəyi təqdirdə, pley-off mərhələsində Hollandiyanın PSV kollektivi ilə qarşılaşacaq. Ağdam təmsilçisi Belarusda lazımı nəticə əldə edə bilməsə, mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.Qurban Qurbanovun rəhbərlik etdiyi komanda "Şerif” (Moldova) – "Valür” (İslandiya) cütünün qalibi ilə görüşəcək
Загрузка...

Xəbər lenti