"Qarabağ" 6-cı dəfə avrokubokların qrup mərhələsində

"Qarabağ” bu gün avrokubokda növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində Şimali İrlandiya çempionu "Linfild”i qəbul edib. 

Ötən həftə Belfastda reallaşan ilk qarşılaşmada meydan sahibləri 3:2 hesabı ilə qalib gəlmişdi. "Qarabağ"a qrupa vəsiqə qazanmaq üçün minimal hesablı də bəs edirdi.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən cavab matçıdan hesabı 6-cı dəqiqədə Xayme Romero açıb. 88-ci dəqiqədə Abdullah Zubir fərqi artırıb. Əlavə vaxtda isə Şeyn Leyveri "Linfild"in təsəlli qolun vurub..

Bununla da "Qarabağ" 6-cı dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanıb. "Köhlən atlar” indiyədək Azərbaycan üçün rekord sayda - 1 dəfə Çempionlar Liqasının, 4 dəfə isə Avropa Liqasının qrupunda yer alıb.
 
Avropa Liqası
Pley-off mərhələsi
Cavab oyunu

29 avqust
Qarabağ (Azərbaycan) - Linfild (Şimali İrlandiya) 2:1
Qollar: Xayme Romero, 6. Abdullah Zubir, 88 - Şeyn Leyveri, 90+3.
Qarabağ: 13. Vaqner da Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 8. Miçel (10. Dani Kintana, 90+1), 17. Abdullah Zubir (7. Araz Abdullayev, 90), 9. Xayme Romero, 11. Mahir Əmrəli, 99. Maqaye Qeye (2. Qara Qarayev, 85).
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 6. Simeon Slavçev, 30. Abbas Hüseynov, 23. Faysal Rerras.
Baş məşqçi: Qurban Qurbanov.
Linfild: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper (10. Cordan Stüart, 81), 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 20. Stefen Fallon (7. Endryu Uoteruort, 78), 22. Ceymi Malqryu (k), 31. Nayall Kuinn (12. Kirk Millar, 78), 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçell.
Baş məşqçi: David Hili.
Sarı vərəqələr: Ailton Silva, 63. Riçard Almeyda, 82. Miçel, 86. Qara Qarayev, 90+2 - Mark Stafford, 61.
Hakimlər: Sergey İvanov, Roman Usaçov və Valeri Dançenko, Sergey Lapoçkin (Rusiya).
Hakim-inspektor: Alen Hamer (Lüksemburq).
UEFA nümayəndəsi: Marko Simyunoviç (Sloveniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

loading...

Xəbər lenti