Qara Qarayev Avroliqanın “ən yaxşıları” siyahısında

Qara Qarayev Avroliqanın “ən yaxşıları” siyahısında
Avropa Liqasının qrup mərhələsinin III turundan sonra statistik göstəricilər açıqlanıb.

Oxu.Az xəbər verir ki, "Qarabağ”ın futbolçusu Qara Qarayev üç turdan sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında V pillədə qərarlaşıb.

Dayaq yarımmüdafiəçisinin 212 ötürməsindən 195-i (92 faiz) dəqiq olub. 

Siyahıya isə "Çelsi”nin ispaniyalı futbolçusu Fransesk Fabreqas liderlik edir. Mərkəz yarımmüdafiəçisinin 283 ötürməsindən 262-si dəqiq alınıb.

Загрузка...

Xəbər lenti