Qara ciyəri toksinlərdən təmizləyən TƏRƏVƏZLƏRİN SİYAHISI

Qara ciyəri toksinlərdən təmizləyən TƏRƏVƏZLƏRİN SİYAHISI
Qara ciyərin yağlanması bir çox hallarda insanın ölümü ilə nəticələnir.

Panorama.Az ölkə.az-a istinadən bildirir ki, qara ciyər problemini həll edən üsullardan biri də bitki və tərəvəzlərlə müalicədir. Siyahını oxucularımıza təqdim edirik.

Sarımsaq

Sarımsaq ən yaxşı antioksidantlardan biridir. Qara ciyərin yenilənməsində olduqca vacib qidadır. Sarımsaq qara ciyərdən toksinlərin xaric olunmasını təmin edir. Sarımsağı çiy qəbul etmək məsləhət görülür.

Avokado

Avokado sağlam yağ qəbulu üçün ən uyğun tərəvəz sayılır. Xüsusən də tərkibindəki omeqa-6 ilə qara ciyərin yenilənməsini təmin edir və hüceyrələrə müsbət təsir edir. Avokadonu salatlarda və ya üzərinə limon sıxaraq qəbul etmək olar. Amma gün ərzində bir avokadodan çox qəbul etmək məsləhət görülmür. Avokado qara ciyərin yağlanmasının qarşısını alır.

Üzüm

Sağlam bir qara ciyər üçün vazkeçilməz qidalardan biri də üzümdür. Üzümün çəyirdəyi də qara ciyərin sağlamlığı üçün vacibdir. Aparılan araşdırmalar zamanı məlum olub ki, üzümün çəyirdəyi zədələnən qara ciyər üçün faydalıdır. Eyni zamanda üzüm qara ciyərin toksinlərdən təmizlənməsinə kömək edir.

Endiviy

Endiviy yarpaqları qara ciyərin dostudur və qara ciyəri qoruyur. Salata əlavə etmək və ya dəmləyib çayını da içmək olar. Tərkibində soda, potasium və kalsium var. Qara ciyərdə meydana gələ biləcək problemlərə qarşı effektivdir və qara ciyər funksiyalarını dəstəkləyir. Bundan başqa həzmi də asanlaşdırır.

Dərman zəncirotu

Dərman zəncirotunun kökü qara ciyəri müdafiə edir. Qara ciyər funksiyalarını optimallaşdırmaqla yanaşı, digər problemlərin də həllinə kömək edir. Tərkibindəki antioksidantlar toxumalara yığılan toksinləri xaric edir. Bundan başqa yağlı qara ciyər kimi problemləri də həll edir. Həftədə ən azı 3 dəfə çayını içmək məsləhət görülür.

Kələm

Qara ciyərin təmizlənməsinə kömək edən qidalardan biri də kələmdir. Kələm qara ciyəri yeniləyir və ziyanlı olan toksinlərin xaric olunmasına kömək edir.



loading...

Xəbər lenti