Putindən Paşinyanın Rusiyadakı sponsorlarına zərbə

Putindən Paşinyanın Rusiyadakı sponsorlarına zərbə
Ermənistanda Serj Sarkisyanın istefasilə nəticələnən "məxməri inqilab"ı maliyyələşdirənlər sırasında Rusiyada yaşayan çoxsaylı erməni "elitar" dairələr də olub. Bu barədə 26 iyulda Sankt-Peterburqada erməni sahibkarlarla görüşən Ermənistan baş naziri Nikol Paşinyan özü etiraf edib və bildirib ki, inqilabın davam etdirilməsi üçün Rusiyadan ilk pullar Saxalindən göndərilib. Lakin Paşinyanın bu etirafı onun Rusiyadakı sponsorlarına baha başa gəlib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın açıq şəkildə Rusiyadakı tərəfdaşlarının işfa etməsindn sonra orada yaşayan və özünün indiyədək Rusiya yanıqlısı kimi qələmə verən erməni biznesmenlərinin narahatlığına səbəb olub. Aydınlaşıb ki, onların bu narahatlığı əsassız deyil.

Rusiyanın televiziya kanallarına istinad edən erməni KİV-ləri bildirir ki, Rusiyadakı "Qazbank"ın lisenziyasının əlindən əlinması, onun sahiblərindən biri – "Rosnano"nun sədr müavini, erməni oliqarx Vladimir Avetisyanın biznes-imperiyasının çöküşü məhz Ermənistandakı hakimiyyət çevrilişinin sponsorları olmasilə əlaqədardır.

Qeyd olunur ki, "Qazbank" guya "dostları üçün" digər banklarda dəfələrlə irimiqyaslı pul köçürmələri həyata keçirib. Bunu əsas gətirərək, Rusiya Mərkəzi Bankı onun lisenziyasını əlindən alıb, bankın idarə heyəti isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətinə düşüb. Lakin görülən tədbirlərin başlıca səbəbi bankın Ermənistandakı siyasi çevrilişi maliyyələşdirməsi və Avetisyanın "məxməri inqilab"In sponsoru olmasıdır. Hətta onun Paşinyanın qohumu olması da iddia edilir.

Ermənistandakı aprel hadisələrini Rusiyanın Samara əyalətinin kredit təşkilatı – rəhbərlərindən birinin Qriqori Ohanesyanın olduğu "AktivKapital Bank"ın da maliyyələşdirdiyi bildirilir. Bu bankın da lisenziyası əlindən alınıb. Məlumatlara görə, Ohanesyan bankdan oğurladığı 25 milyard rubl pulla Ermənistana gedib və inqilabçılara dəstək olub. Həmin pulların bir qismi Paşinyanın küçə aksiyalarının təşkilinə, həmçinin rus və qərb KİV-lərinin informasiya kampaniyasına xərclənib.
Загрузка...

Xəbər lenti