Putin zəng etdi: Paşinyan qorxub qərarını dəyişdi

Putin zəng etdi: Paşinyan qorxub qərarını dəyişdi
Ermənistanın Baş naziri iyulun 26-da Rusiyaya səfər edəcək.

Panorama.az "teleqraf.com"a istinadla xəbər verir ki, o, Rusiyaya Avrasiya İttifaqının iclasında iştirak etmək üçün gedəcək.

26-27 iyul tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində Avrasiya İttifaqının Hökumətlərarası Şurasının iclası keçiriləcək.

Rusiyanın Baş naziri Dmitri Medvedyevin sədrliyi ilə keçiriləcək iclasa Ermənistanla yanaşı, Belarus, Qazaxıstan və Qırğızıstanın baş nazirləri də qatılacaq.

Qeyd edək ki, Nikol Paşinyan bir neçə gün əvvəl Ermənistanın iclasda baş nazirin müavini səviyyəsində iştirak edəcəyini açıqlamışdı. Lakin Rusiya Prezidenti Vladimir Putinin iyulun 24-də Nikol Paşinyana telefon zəngindən dərhal sonra qərarda dəyişiklik baş verdi.

Nikol Paşinyan zəngdən sonra iclasa özünün qatılacağını bildirdi.
Загрузка...

Xəbər lenti