Prezidentliyə namizədlər Facebook-da reklama 20 min dollardan çox pul xərcləyiblər

Prezidentliyə namizədlər Facebook-da reklama 20 min dollardan çox pul xərcləyiblər
Gürcüstanda prezidentliyə namizədlər "Facebook" sosial şəbəkəsində reklama 53 min laridən çox (20 min dollardan çox) vəsait xərcləyiblər. 

Panorama.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Audit İdarəsi məlumat yayıb.

Facebook-da reklama ən çox pulu 35 396 lari olmaqla prezidentliyə müstəqil namizəd Salome Zurabişvili xərcləyib. Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze 16 638 lari, Avropalı Gürcüstan partiyasının namizədi David Bakradze isə 878 lari pul sərf edib.

Qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 38,64%, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 37,74% səs toplayıb. Qonşu ölkədə dekabrın 2-dən gec olmayaraq prezident seçkilərinin ikinci turu keçiriləcək.
Загрузка...

Xəbər lenti