Prezidentin səfir təyin etdiyi Hüseyn Nəcəfov kimdir? - DOSYE

Prezidentin səfir təyin etdiyi Hüseyn Nəcəfov kimdir? - DOSYE
Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı sərəncamla Azərbaycanın Rumıniyaya yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Səfir vəzifəsinə Hüseyn Nizami oğlu Nəcəfovtəyinat alıb.

Panorama.az modern.az-a istinadən zərbaycanın Rumıniyada yeni fövqəladə və səlahiyyətli səfirinin tərcümeyi-halını təqdim edir:

Nəcəfov Hüseyn Nizami oğlu 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı şəhəri 91 saylı tam orta məktəbi qızıl medalla bitirib.

1985-1992 M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb, ixtisasca tarixçidir.
 
1987-1989-cu illərdə hərbi xidmətdə olub.
 


1992-1994-cü illdərdə  Rusiya Federasiyasının  XİN-in Diplomatik Akademiyasında təhsil alıb, oranı fərqlənmə diplomu ilə bitirib, 1995-də tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

1995-1998–ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində  attaşe, Beynəlxalq Təşkilatlar İdarəsində çalışıb. 1998-1999-cu illərdə Belçika Krallığında  üçüncü katib, Azərbaycan Respublikasının NATO yanındakı  Daimi Nümayəndəliyi, 1999-2001-ci ildə ikinci katib, Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyində çalışıb.

Eyni zamanda  2000-2001-ci ildə Niderland Krallığı Haaqa şəhərində  Kimyəvi Silahların Qadağan edilməsi üzrə Təşkilatda Azərbaycan Respublikası Daimi Nümayəndəsinin müavini işləyib.

2001-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin  birinci katibi, eyni zamanda Birinci Qərb Ərazi İdarəsinin və  III və IV Avropa şöbələrinin müdiri vəzifəsini icra edib.

2004-2005-ci illərdə  Qərb Universitetin "Politologiya” kafedrasında  müəllim işləyib. Həmçinin, Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin  birinci katibi vəzifəsində çalışıb.

2005-2008-ci illərdə  Azərbaycanın Macarıstandakı səfirliyinin müşaviri olub.

2008-2010-cu illərdə  Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ümumi Katibliyin rəisi vəzifəsində çalışıb.

11.10.2010-cu ildə  Prezident İlham Əliyev tərəfindən ona birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. 10.09.2015-də Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərində baş konsulu təyin olunub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin rəisi olub.

İki monoqrafiya, bir metodik vəsait və Azərbaycanda və xaricdə dərc olunmuş bir sıra məqalələrin müəllifidir.

"Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illiyi (1919-2009)” - yubiley medalı ilə təltif edilib.

Şota Rustaveli adına Batumi Dövlət Universitetinin fəxri doktorudur.

Evlidir, üç övladı var .

Загрузка...

Xəbər lenti