Nurməhəmmədov Putinlə görüşə gedir

Nurməhəmmədov Putinlə görüşə gedir
Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov bildirib ki, Ulyanovskda keçiriləcək "Rusiya - idman nəhəngi” forumunda Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyir. 

Oxu.Az "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, idmançı Ulyanovska uçacaq nümayəndə heyətinin tərkibinə daxil edilib. 

"Biz elə bunun üçün oraya uçuruq”, - o, təyyarədə jurnalistlərə bildirib. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Putinin Nurməhəmmədovla ayrıca görüşü hələ planlaşdırılmayıb. 

Ötən bazar günü Nurməhəmmədov UFC turniri çərçivəsində növbəti qələbəsini qazanıb. Putin rusiyalı döyüşçüyə zəng edərək, onu təbrik edib.  

Загрузка...

Xəbər lenti