Nazarbayev istefası barədə məlumatlara aydınlıq gətirdi

Nazarbayev istefası barədə məlumatlara aydınlıq gətirdi
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib ki, ölkə rəhbərinin vaxtından əvvəl seçilməsi planlaşdırılmır.
Nazarbayevin istefa edəcəyi haqqında ehtimallar, onun fevralın 4-də Qazaxıstan Konstitusiya şurasına prezident səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması ilə bağlı vəziyyəti dəqiqləşdirmək haqqındakı müraciətindən sonra səslənib. Bu müraciət siyasətçinin öz vəzifəsini vaxtından əvvəl tərk edəcəyi haqqındakı ehtimalların yürüdülməsinə səbəb olub.

Fevralın 5-də "Facebook”da Nazarbayevin Konstitusiya şurasına müraciəti ilə bağlı izahı dərc olunub.

78 yaşlı Nazarbayevin sözlərinə görə, bu müraciətin səbəbi dəfələrlə prezidentin hansı şərtlər altında istefa verə biləcəyi haqqında ona ünvanlanana suallardır ki, digər ölkələrdən fərqli olaraq bu məsələ Qazaxıstan konstitusiyasında müəyyən edilməyib.

"Bu sualı mənə ünvanladıqları üçün, Konstitusiya şurasından bunu aydınlaşdırmağı xahiş etdim”, – deyə Nazarbayev bildirib və qeyd edib ki, "bu məsələ ətrafından səs-küy salmaq lazım deyil”.

"Əlbəttə ki, hamını seçkilər, tranzit və sairə maraqlandırır. Konstitusiyanı, prezident haqqındakı qanunu oxuyun. Orada hər şey, seçkilərin nə vaxt keçirilməsi, müddətin bitməsi aydın qeyd olunub. Bəli, konstitusiyaya əsasən prezident vaxtından əvvəl seçkilər elan edə bilər. Lakin bu bizdə baş verməyəcək. Ona görə, gəlin sakitləşək və normal qaydada işləyək”, – deyə Nazarbayev fikrini tamamlayıb.

Qeyd edək ki, Nazarbayev müstəqil Qazaxıstanın ilk və yeganə prezidentidir. 2015-ci ildə o, seçkilərdə səslərin 97%-dən çoxunu toplayıb. Onun səlahiyyət müddəti 2020-ci ildə başa çatır. (Oxu.az)

Загрузка...

Xəbər lenti