“Müsyo Jordan” öldü - VİDEO

“Müsyo Jordan” öldü - VİDEO

1976-cı ildə çəkilmiş "Dərviş Parisi partladır” filmində əsas rollardan biri olan "Müsyo Jordan”ın ifaçısı Sergey Yurski vəfat edib. 

Bununla bağlı "RİA Novosti” agentliyi məlumat yayıb.

Bildirilib ki, aktyor ötən ilin dekabrında ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. 

 

Sergey Yurski 1935-ci ildə Leninqradda doğulub. O, Leninqrad Universitetinin hüquq fakültəsini bitirib. 

Sergey Yurski Azərbaycan tamaşaçısının yadında "Şir evdən getdi” filmində ovçu, ekskursiya bələdçisi, qarovulçu, "Qorxma, mən səninləyəm”də pristav, "Görüş yerini dəyişdirmək olmaz”da Qruzdev, "Əlibaba və qırx quldur”da Qasım obrazları ilə qalıb.

loading...

Xəbər lenti